“Sabah” və “Şamaxı”nın futbolçuları cəzalandırıldı


“Sabah” klubunun futbolçusu Kristian Sebalyos iki oyunluq cəzalandırılıb.


AFN.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, buna oyunçunun Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Şamaxı” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Sözügedən hərəkətə görə, klub isə 1600 manat cərimə edilib.

Həmin matçda “Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şamaxı” klubu 1600 manat ziyana düşüb.

XVI turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klub 800 manat cərimələnib.

Sözügedən oyunda “Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat ödəməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu