Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"


Bu gün Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var.


“Report”un məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi sahələr var ki, o cümlədən kriptoqrafiya və süni intellekt, kiber təhlükəsizliklə bağlı ciddi çətinlikləri mövcüddur.

Nazir müavini bildirib ki, bu sahələrdə mütəxəssislərinin hazırlanmasına ehtiyac var: “Bu gün bu sahələrə böyük tələbat da var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada olan bir problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəsis çatışmazlığı var. Məqsədimiz bu sahədə mütəxəssislər hazırlamaq, rəqabətqabiliyyətli məhsullar yaratmaqdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu