Kürdə qadın meyiti tapılıb - YENİLƏNİB


Şirvanda Kür çayında tapılan meyitin şəxsiyyəti müəyyən edilib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyən edilib.

Həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyən edilib. Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvanda Kür çayından qadın meyiti tapılıb. Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.


Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu