Prezidentimizə təbriklər gəlməkdə davam edir


Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Andrey Belyaninov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AFN.az-ın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının bu gün cəmiyyətin bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətləri əməksevər xalqınızın quruculuq və yaradıcılıq, ölkənin istehsal və elmi potensialının daim təkmilləşməsinin nəticəsidir.

Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bu tarixi inkişafın əldə edilməsində Sizin – xalqın həqiqi liderinin çox böyük rolu var. Dövlətçiliyin möhkəmləndirilməsi, ümdə sosial problemlərin səmərəli həlli Sizə ölkə vətəndaşlarının geniş dəstəyini qazandırıb. Onlar özlərinin və övladlarının gələcəyinə görə rahatdırlar və öz Prezidentlərinə tam etimad bəsləyirlər.

Ölkədə səmərəli sosial dialoq sistemi fəaliyyət göstərir, əməkçilərin və əmək kollektivlərinin hüquq və azadlıqlarının etibarlı təminatı yaradılıb. Bu, demokratik təsisatların yüksək dərəcədə inkişafına dəlalət edir.

Bu xoş fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə yetirdiyiniz daimi diqqətə görə Sizə səmimi təşəkkürümü bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Vətən naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və yaxınlarınıza uzun ömür, əmin-amanlıq, ən xoş günlər diləyirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu