Nasaz lift xərəkdəki xəstəni "uddu" - VİDEO
Xəstəxanada yaşanan qalmaqallı hadisənin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
AFN.az xəbər verir ki, olay Hindistanda baş verib. Belə ki, xəstəxana personalı xəstəni xərəkdə liftə mindirmək istəyərkən, liftin nasaz olduğu ortaya çıxıb. Sosial mediada paylaşılan təhlükəsizlik kamerası görüntülərində xəstənin xərəklə liftə mindirildikdən sonra liftin hərəkət anı qeydə alınıb. Qapıları bağlanmayan lift qəfildən xərəklə bərabər üzüaşağı gedib.
Hadisə 2 ay əvvəl Hindistanın Yeni Dehli şəhərində baş versə də, bu barədə hər hansı açıqlamanın verilmədiyi bildirilib.