"Hacı Təqi"ni Rusiya və İsrail tutub


İran hakimiyyətinin göstərişi ilə Azərbaycan dövləti əleyhinə terrorçuluq və casusluq fəaliyyəti həyata keçirən Taleh Yusifovun həbsinin detalları məlum olub.


İrandan idarə olunan "Azərbaycan Araşdırmalar Mərkəzi" Teleqram kanalı xəbər verir ki, Suriyada həbs edilən “Hərəm Müdafiəçiləri” kimi tanınan qüvvələrdən “Hac Təqi” cihadçı ləqəbli Taleh Yusifov Azərbaycan dövlətinə təhvil verilib.
Adıçəkilən mənbə onu “İmam Hüseynin qulamı” və “Qasım Süleymaninin yavəri” kimi təqdim edərək yazıb ki, ruslar Talrh Yusifovu İsrailə veriblər, daha sonra Azərbaycana qaytarılıb.
Onun və həmkarlarının missiyası Suriyada hərbi təlim keçmək və “Hüseyniyun” hərbi birləşməsinə əlavə qüvvə cəlb etmək olub.
Məlumata görə, Taleh Yusifov axtarışda olub və nəhayət Rusiya onu İranın təhlükəsizlik orqanlarının diqqətsizliyi fonunda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə təhvil verib.
O, terrorçuluqda iştirakına görə beynəlxalq axtarışda olub. Taleh Yusifov dekabrın 26-da Azərbaycana gətirilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu