BDU-da seminar: “İqtisadi məsələlərə qeyri-səlis yanaşma”


Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının təşkilatçılığı ilə “İqtisadi məsələlərə qeyri-səlis yanaşma” mövzusunda elmi seminar keçirilib.


Seminarda İqtisadi kibernetika kafedrasının dosenti Reyhan Şıxlinskaya mövzu üzrə məruzə edib.
Məruzəçi Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafında dərin izlər qoyduğunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. O, bu nəzəriyyənin intellektual texnologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb, alimin nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, qeyri-səlis iqtisadiyyatın müstəqil elm sahəsi kimi inkişaf yolları 1970-ci illərdən müəyyənləşdirilib.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu