Məhkəmə Köçəryanın Paşinyana qarşı şikayətinə baxdı


Məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı iddiasını rədd edib.


AFN.az-ın məlumatına görə, sözügedən qərar məhkəmənin məlumat saytında dərc olunub.
Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə bəyan edib ki, Erməni rəhbərliyi 2008-ci ilin martında ordunu xalqa qarşı çıxararaq vətəndaşları güllələmək qərarı qəbul edib. O, həmçinin bildirib ki, bu işdə təqsirləndirilən şəxslər var və onlar hazırda məhkəmədədir.
Bu bəyanatla bağlı 2008-ci ilin martında prezident olan Köçəryan ədalətli məhkəmə hüququnu pozduğuna görə Paşinyana və Ermənistana qarşı iddia qaldırıb.
Qeyd edilən iddia məhkəmə tərəfindən rədd edilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu