İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2023-cü il".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu