Rusiya Estoniyanın Moskvadakı səfirindən ölkəni tərk etməsini istədi


Estoniya Xarici İşlər Nazirliyinin Rusiyanın Tallindəki səfiri Lipayevi çağıraraq səfirlikdəki diplomatların sayının 8-ə endirilməsini tələb etməsinə Rusiya cavabsız qalmayıb.


AFN.az xəbər verir ki, Rusiya XİN Estoniyanın Moskvadakı səfiri Margus Laidrenin fevralın 7-dək ölkəni tərk etməsini istəyib. Nazirliyin bəyanatında bildirilir ki, Estoniyanın son zamanlar dostluğa aid olmayan addımlar atır. "Bununla da ölkələrimiz arasında münasibətlərin pozulması xəttini tutub. Buna cavab olaraq da Rusiya hər iki ölkədəki səfirlərin işlərini müvəqqəti işlər vəkilinə həvalə etmək qərarına gəlib.

Qeyd olunur ki, bu gün Estoniya səfiri Marqus Laidre Xarici İşlər Nazirliyinə çağırılıb və ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz edilib. Həmçinin, Estoniya səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməli olacaq. Xarici İşlər Nazirliyindən vurğulandığı kimi, iki ölkə arasında münasibətlərdə belə bir vəziyyətin inkişafı üçün "məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu