Azərbaycan XİN İsrailə başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.


AFN.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

"Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunub.

We strongly condemn the terror ramming at the bus stop in East Jerusalem. We express our condolences to the families of victims and wish a quick recovery for the injured.

— MFA Azerbaijan (@AzerbaijanMFA) February 11, 2023
Qeyd edək ki, fevralın 10-da günorta saatlarında Şərqi Yerusəlimdə avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində 6 yaşlı uşaq da daxil olmaqla 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə Şərqi Yerusəlimdə yəhudilərin yaşadığı Ramot rayonunda, Samuel peyğəmbərin məzarı yaxınlığında baş verib. Polisin məlumatına görə, sürücü yerindəcə zərərsizləşdirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu insidentdən dərhal sonra bir sıra görüşlər keçirib, bunun ardınca hadisəni terror aktı kimi qiymətləndirib. Terrorçu Huseyn Karakanın evinin möhürlənməsi və sökülməsini əmr edib. Məlumata görə, Şərqi Yerusəlimin İsaviyə məhəlləsinin 31 yaşlı sakini Huseyn Karaka kimi tanınan terrorçu Ramot məhəlləsinin girişindəki avtobus dayanacağını partladıb.

Məlumata görə, İsrailin müdafiə naziri Yoav Qalant Şərqi Yerusəlimdə törədilən növbəti terror aktından sonra bu cinayətdə iştirak edən 87 nəfərə və onların qohumlarına qarşı sanksiyaların tətbiqi barədə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu