Fazil Mustafa sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası ilə müalicə olunur: TƏBİB-dən açıqlama-YENİLƏNİB


TƏBİB deputat Fazil Mustafanın durumu ilə bağlı açıqlama yayıb.


AFN.az-ın xəbərinə görə, açıqlamada bildirilir ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.


Deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, F.Mustafanın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

***

DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir.


Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.


AFN.az “Musavat”a istinadən xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu