Türkiyə "AİTF-2023"-də niyə iştirak etmədi?


"AİTF-2023" (Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər”) sərgisində diqqətçəkən maraqlı məqamlardan biri də Türkiyə turizmçilərinin tədbirdə iştirak etməməsi oldu.


Əvvəlki sərgilərdə ən fəal stendlərdən olar Türkiyə turizm şirkətlərinin və obyektlərinin yeri bu dəfə boş idi. Elə bu səbəbdən də həm iştirakçı sayı, həm də stendlərin rəngarəngliyi baxımından sərgi zəif görsənirdi. Tədbirdə Azərbaycan turizmçiləri də fəal deyildi və bunun səbəbi haqqında əvvəlki yazımızda qeyd etmişik. Baxmayaraq ki, AİTF-2023-də əcnəbilər üstünlük təşkil edirdi, qardaş ölkənin təmsilçilərinin olmaması marağımıza səbəb oldu. Bu üzdən tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ bu il ölkə turizmçilərinin sərgidə iştirak edə bilməməsinə səbəb olub. "Türkiyənin əsas turistik bölgələrinə zəlzələdən zərər çəkən, evsiz qalan insanlar yerləşdirildiyi üçün o bölgələrin hotelləri sərgiyə qatıla bilmədi. Həm də sərgi turizm sektorunda bir bayram ritualı kimi qeyd edilir, Türkiyə turizmçiləri ölkələrindəki əhval-ruhiyyədən dolayı iştirak edə bilmədilər. Qeyd edək ki, onlar əvvəlcədən sərgidə yer götürüb, adlarını qeydiyyatdan keçirmişdilər, lakin vurğuladığımız səbəblərdən iştirak edə bilmədilər".

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu