"Classic Cola" "Coca-Cola"nı əvəz etmir... - VİDEO


Jurnalist Tural Müseyibov maraqlı bir məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edib. O, "Cola" adı ilə satılan, lakin "Coca-Cola"ya aidiyyatı olmayan içki haqda məlumat verib.


AFN.az-ın xəbərinə görə, jurnalist bildirib ki, mağazadan "Coca-Cola" bilib aldığı içki "Avrora" firması tərəfindən istehsal edilir və qablaşdırmasına, adına görə "Coca-Cola"ya oxşayır. "Mən aldanıb aldım, amma siz ayıq-sayıq olun. Bu, istehlakçını aldatmaqdır, yaxşı hal deyil" - deyə jurnalist bildirib.

Həmin videonu təqdim edirik:



Mövzu ilə bağlı AFN.az-ın sorğusuna "Avrora" firmasının mətbuat xidmətindən cavab verilib. Cavabı təqdim edirik:

Məlumat üçün bildirmək istəyirik ki, “ЖАРА” marka nişanın çətir brendi olan “ЖАРА Classic Cola” markası Rusiya Federasiyasında qeydiyyatda olan “Crocus Trading”ə məxsusdur və bu məhsul xüsusən Rusiya bazarında satışı üçün nəzərdə tutulub. “ЖАРА Classic Cola” əmtəə nişanı qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Məhsul “Crocus Trading” MMC -nin sifarişi ilə “Berg Energy” MMC və “Avrora” MMC-də istehsal olunur. "Avrora" MMC ilə “Crocus Trading” MMC arasında bağlanmış müqavilələrə əsasən “Avrora” MMC həmin məhsulun istehsalını və distribyutor olaraq satışını həyata keçirir.
Qeyd edirik ki, “ЖАРА Classic Cola” həm dizayn həm tərkib, həm də qiymət baxımından digər məhsullardan fərqlənir. Məhsulun qablaşdırılması üzərində əmtəə nişanı, istehsalı, şirkət ünvanı və digər məslələr barədə geniş məlumat qeyd edilmişdir. Bundan başqa məhsul qablaşdırlmasının rəng tonu, loqosu, brend adı digər brenlərdən tamamilə fərqlənir. “Cola” sözü içkinin ümumi adıdır. Yəni bu söz özü marka adı kimi qoruna bilməz. Eyni yanaşma da “Classic” sözünə aiddir. Məsələn, biz düşes, limonad və s. ümumi içki adlarını hər hansı brendə bağlamadığımız kimi, kola içki növü olaraq heç bir brendə bağlı deyil. “Cola” başlığı ilə axtarış aparsanız 300-dən çox kola içki brendinə rast gələrsiniz. Qida və sərinləşdirici içki sektorunda bir neçə rəng və onun tonları daha çox istifadə edilir. Buna görə də istehlakçılar öz seçimini rəngə görə yox, markaya, dada və qiymətə görə edir.
Onu da bildirmək istəyirik ki, 2023-cü ilin may ayından etibarən “Crocus Trading” MMC “ЖАРА Classic Cola” məhsulunu Azərbaycan bazarı üçün nəzərdə tutulmuş yeni qablaşdırılmış formada istehlakçılara təqdim edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu