YARAT Muzey Gecəsində immersiv və düşündürücü səyahətə dəvət edir


YARAT Müasir İncəsənət Məkanı 19 may tarixində keçiriləcək Muzey Gecəsi iştirakçılarını immersiv və düşündürücü səyahətə dəvət edir.


İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, “kölgə” anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.

YARAT Mərkəzi (1-ci mərtəbə, sərgi məkanı)

Alina Yusupovanın “Məhdudiyyətsiz qara” performansı
21:30 – 22:00
Yaş məhdudiyyəti: 18+

“RAW” kodinq duetinin multimedia performansı
23:00 – 00:00
Yaş məhdudiyyəti: 18+

YARAT Mərkəzi (1-ci mərtəbə, kitabxana)

Arzu Süleymanova ilə “Sükut dairəsi” mandala art-terapiyası
18:30 – 19:30
Yaş məhdudiyyəti: 18+



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu