Azarkeşləri “Qarabağ”ı ziyana saldılar


İntizam Komitəsinin iclası keçirilib.


Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” - “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” - “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1);

“Səbail” - “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
“Səbail” - “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” - “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);

“Sumqayıt” - “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39);

Ümumilikdə, “Səbail” 4000, “Qarabağ” 2400, “Sumqayıt” 800, “Qəbələ” 200 manat cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu