Livan parlamenti iyunun 14-də prezident seçəcək


Livanın Deputatlar Palatasının respublikanın yeni prezidentinin seçilməsi ilə bağlı iclasları iyunun 14-də keçiriləcək.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə birpalatalı parlamentin sədri Nəbih Berri bildirib. "Səsvermə çərşənbə günü, iyunun 14-də Etoile meydanındakı Parlament Sarayında keçiriləcək", - spiker ofisinin yaydığı bəyanatda bildirib.

İyunun 4-də müxalifət fraksiyaları prezidentliyə yeni namizəd irəli sürdükdən sonra Berri seçkilərin növbəti turunun tarixini təyin edibi. Müxalifət fraksiyalarının namizədi Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə filialının direktoru, 2005-2008-ci illərdə respublikanın maliyyə naziri vəzifəsində çalışmış Cihad Azur olub. Azur Livan Qüvvələr Partiyası və Azad Vətənpərvər Hərəkatının rəhbərlik etdiyi iki əsas xristian blokunun dəstəyini alıb. Onun rəqibi Hizbullah tərəfdarı olan parlamentdəki blokun dəstəklədiyi deputat Süleyman Frangiehdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu