"Yalı Çapkını" bu məşhur müğənninin həyat hekayəsi ola bilər - FOTO
Yazıçı və psixiatr Gülseren Budayıcıoğlu tərəfindən qələmə alınan "Yalı Çapkını" serialının kimin həyatı olduğu qaranlıq qalsa da, maraqla qarşılanıb.
Afra Saraçoğlu və Mert Ramazan Dəmirin baş rollarda çəkildiyi "Yalı Çapkını" serialı hər həftənin cümə axşamları tamaşaçıların qarşısına çıxır və məşhur bir ailənin başına gələnlərdən bəhs edir. Artıq birinci sezonunun finalını edən serialla bağlıa maraqlı iddialar var.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Armağan Çağlayanın verilişinin qonağı olan Safiye Soyman diqqətçəkən açıqlamalar verib. Onun açıqlamalarından sözügedən məşhur serialın öz həyatından bəhs etdiyini düşünmək olar. Uşaqikən gəlin getdiyini deyən Soyman, bacısına gələn elçinin onu istədiyini bildirib. Safiye Soyman bu dəhşətli hadisəni "Yalı Çapkını" serialına bənzədib.
Soyman çıxışında "13 yaşında evləndirildim. Bir serial var, ordakı kimi, bacıma elçi gəlmişdilər, amma məni görəndə fikirlərini dəyişdilər", - deyə bildirib.
Safiye Soyman hafiz olan atasının heç kimə qulaq asmadığını deyib: "Atam dedi ki, qız deyəcəklərinə, gəlin desinlər. Yaşımı böyütmək üçün getdikləri hakim "bu uşağa baxa bilmirsənsə, ver mən baxım" demişdi".
Ərinin qumardan gec gəldiyini deyən müğənni belə davam edib: "Mənə hazır çörəyin düşməni dedi. Sevinirəm ki, bunu dedi, ona görə də iddialı oldum və belə oldum. Orta məktəbə girmək üçün uşaqları qapıçıya tapşırıb, imtahanlara gedirdim. Əvvəl orta məktəbi bitirdim, sonra on barmaq diplomu aldım. "Ədalət Bankı" dövründə işə imtahan verdim və dövlət qulluqçusu oldum".
Müğənni radioya işə girmək üçün imtahan vermək qərarına gəldiyini və mübarizəsindən əl çəkmədiyini qeyd edib.
Mənbə: Haber Global