Dənizkənarı Bulvar İdarəsi 15 İyun- Milli Qurtuluş günü münasibətilə aksiya keçirəcək
15 İyun- Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirəcək.
İdarədən AFN.az-a verilən məlumata görə, aksiya 15.06.2023-cü il tarixində saat 11.00-da başlayacaq. Tədbir çərçivəsində Milli Park ərazisində quraşdırılan monitorlarda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunacaq, Heydər Əliyevə həsr edilən mahnılar səslənəcək.
Milli Parka gələn ziyarətçilərə bayraqlar paylanılacaq.