Prezident: Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub


"Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik".


Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. “Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub”,- deyə Prezident İlham Əliyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu