Zelenski Rusiya ilə danışıqlar aparması üçün şərtləri açıqlayıb


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna 2022-ci il fevralın 24-də mövcud olan sərhədlərə qayıtması halında belə Rusiya ilə danışıqlara başlamağın əleyhinədir. Onun sözlərinə görə, diplomatiya yalnız Ukrayna 1991-ci il modelinin real sərhədlərini bərpa etdikdən sonra başlayacaq.


AFN.az UNİAN-na istinadən xəbər verir ki, Zelenski bunları İspaniyanın baş naziri Pedro Sançeslə birgə mətbuat konfransında deyib. Dövlət başçısı ispan jurnalistlərin Ukraynanın 2022-ci il fevralın 24-də olan sərhədlərə çatacağı təqdirdə diplomatik nizamlanmaya hazır olub-olmaması ilə bağlı sualını cavablandırıb.

"Bunlar fevralın 24-də olan sərhədlərimiz deyil. İşğalçı ilə aramızda təmas xətti var idi. Ona görə də bir daha vurğulayırıq ki, biz həqiqətən öz sərhədlərimizdə olanda Ukrayna bu və ya digər diplomatiya formatına hazır olacaq. Beynəlxalq hüquqa uyğun olaraq real sərhədlərimizdə", - deyə Zelenski vurğulayıb.

Ölkə prezidenti həmçinin qeyd edib ki, Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaqda Rusiya ilə güzəştə getməyəcək: "NATO üzrə kompromislərə gəlincə, siz yenə də kompromis sözünü işlədirsiniz, sonra sərhəddə kompromisdən danışırsınız – bir dövlət üçün kompromislər çox deyilmi?"

Zelenski bildirib ki, NATO-nun Vilnüs sammitində Ukraynaya müharibədən sonra Ukraynanın NATO-nun bərabərhüquqlu üzvü ola biləcəyi ilə bağlı çox aydın və başa düşülən siqnal lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu