Fransa Livan Mərkəzi Bankının sədrinin bütün aktivlərini müsadirə etdi


Fransa məhkəmə sistemi barəsində korrupsiya işi açılan Livan Mərkəzi Bankının sədri Riyad Salamenin bu ölkədəki bütün var-dövlətlərinin müsadirə edilməsi tələbini qəbul edib.


Livanın rəsmi agentliyi NNA Livanın ədliyyə naziri Henri Hurinin Salame ilə bağlı yazılı açıqlamasını verib.

Qeyd edilib ki, Livan dövləti tərəfindən təyin edilən vəkillərin Selame-nin Fransadakı bütün varlıqlarına müsadirə edilməsi tələbi Fransa məhkəməsi tərəfindən qəbul edilib.

Fransanın paytaxtı Parisdə mayın 16-da Selame haqqında "çirkli pulların yuyulması, mənimsənilməsi və korrupsiya" ittihamı ilə açılan iddiada məhkəmə "beynəlxalq həbs" qərarı verib.

Fransadan sonra Almaniya məhkəmə sistemi də eyni ittihamlarla mayın 30-da Selame haqqında beynəlxalq həbs qərarı verib.

Livanda toxunulmazlığı olan Selame üçün mayın 24-də Livan məhkəməsi tərəfindən ikinci dəfə beynəlxalq səyahət qadağası qoyulmuş, onun Fransa və Livan pasportları müsadirə edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu