AQTA Qusardakı zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb

Qusar rayonunda, istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə AFN.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.