Naxçıvan prokurorluğunda yeni təyinatlar


Naxçına şəhərinə yeni prokuror təyin edilib.



Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Naxçıvan şəhər prokuroru vəzifəsini icra edən Qalib İsmayılov həmin vəzifəyə təyin edilib.

Həmçinin, Baş prokurorun digər əmrilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Afət Kərimli Culfa rayon prokuroru vəzifəsinə təyin edilib. Buna qədər o, Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokurorun əmrinə əsasən Kənan Seyidov ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu