Ukraynada Rusiya tank karvanı məhv edildi - VİDEO


Ukraynada müharibə davam edir.



Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyevlə yanaşı, Ukraynanın mərkəzi və cənub vilayətlərində hava həyəcanı siqnalı verilib:

“Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hava hücumu olub. Nəticədə bir neçə yaşayış evi dağılıb. Bir nəfər həlak olub, doqquz nəfər yaralanıb”.

Qeyd edilib ki, Zaporojye istiqamətində Ukrayna ordusunun əks-hücum əməliyyatları davam edir.

Məlumata görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri Melitopol və Tokmak istiqamətində bir neçə kilometr irəliləyiblər:

“Həmin istiqamətdə Rusiya ordusuna məxsus tank karvanı Ukrayna hərbçiləri tərəfindən məhv edilib”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu