G20 ölkələri sammit bəyannaməsini qəbul ediblər


Hindistanın baş naziri Narendra Modi G20 ölkələrinin G20 sammitinin bəyannaməsi ilə bağlı razılığa gəldiyini bildirib.


Bu barədə “Times of India” qəzeti yazır.

“Komandamızın gərgin əməyi və sizin dəstəyiniz sayəsində Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvəsinin bəyannaməsi ilə bağlı konsensus əldə edildi” - deyən baş nazir ümumi bəyannamənin qəbulunu “yaxşı xəbər” adlandırıb. Modi həmçinin G20 rəhbərliyinə, nazirlərə və bütün rəsmilərə birgə bəyanatın mümkün olmasında göstərdikləri zəhmətə görə təşəkkür edib.

Sammitin yekunlarına dair birgə kommünike bazar günü, sentyabrın 10-da dərc olunacaq. Qeyd edilir ki, bu, Hindistanın G20-yə sədrliyi üçün böyük qələbə olacaq, çünki son illərdə qrup üzvləri üçün konsensus tapmaq iqlim dəyişikliyi və Rusiya ilə Ukrayna arasında münaqişə ilə bağlı getdikcə çətinləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu