Fələstin Liviyaya axtarış-xilasetmə qrupu göndərib


Fələstin sel və daşqınlardan əziyyət çəkən Liviyaya axtarış-xilasetmə qrupu göndərib.


Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Dik səfərdən əvvəl yardım qrupu ilə görüşüb.

Dik çıxışında Liviyaya gedəcək Səhiyyə Nazirliyinə bağlı mülki müdafiə qrupunun 37 nəfərdən ibarət olduğunu bildirib.

Mülki Müdafiə Birliyinin rəsmilərindən Avde Yunus bildirib ki, Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə hazırlanan komanda əvvəlcə İordaniyaya, oradan da Liviyaya gedəcək.

Bu arada Xarici İşlər Nazirliyindən verilən açıqlamada Liviyada sel fəlakətində həlak olan fələstinlilərin sayının 23-ə yüksəldiyi bildirilib. Nazirlik dünən Liviyada sel nəticəsində 12 fələstinlinin həyatını itirdiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu