Tərtərdə yol qəzası olub, ölən var


Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Hadisə rayonun İrəvanlı kəndi ərazisində olub. Belə ki, "Ford Transit" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Tural Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ölən və xəsarət alan digər şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu