Xocalıda yüksək vəzifədə işləmiş şəxs həbs edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocalı rayon Məşğulluq Mərkəzinin sabiq müdiri həbs edilib.



1991-1998-ci illərdə mərkəzə rəhbərlik etmiş 1961-ci il təvəllüdlü Oqtay Məmmədov barəsində dələduzluq əməlinə görə cinayət işi açılıb. Onun haqqında Bakı şəhər Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsilə açılmış işin materialları Nizami rayon Məhkəməsinə göndərilib.

Məlum olub ki, keçmiş məmur həmyerlisini aldadaraq ona ikinci qrup əlillik təqaüdü almasına köməklik edəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, həmyerlisindən 11 min manat pul alıb, lakin vədinə əməl etməyib. Barəsində cinayət işi açıldıqdan sonra Oqtay aldığı puldan 3800 manatını geri qaytarıb. Lakin yerdə qalan pulu ödəməyib.

Nizami rayon Məhkəməsi sabiq müdirin 2 il 3 ay müddətinə həbs edilməsi barədə hökm elan edib. O, məhkəmədən təcridxanaya göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu