Sabah leysan olacaq, şimşək çaxacaq


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14°, gündüz 16-19° olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 16-21°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu