Bakıda kişi gözəllik salonunda keçmiş arvadını öldürdü - YENİLƏNİB


Cinayət hadisəsi ilə bağlı Xətai rayon prokurorluğu da məlumat yayıb.


Qurumdan bildirilib ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Bu gün saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu