Hidayət Heydərov Avropa çempionu oldu - FOTOLAR


Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ispaniyalı Salvador Kases Roka ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H. Heydərov ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu, Azərbaycanın cüdo yığmasının hazırkı Avropa çempionatında hələlik ilk medalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu