ABŞ-ın vitse-prezidenti BƏƏ prezidenti və Bəhreyn vəliəhdi ilə telefonla danışıb


ABŞ-ın vitse-prezidenti Kamala Harris Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Bəhreynin vəliəhd şahzadəsi Salman bin Hamed Əl Xəlifə ilə telefon danışığı aparıb.



Ağ Evdən verilən açıqlamaya görə, Harris BƏƏ prezidenti Əl Nəhyan və Bəhreyn vəliəhd şahzadəsi Əl Xəlifə ilə ayrı-ayrı telefon görüşmələrində Qəzzadakı vəziyyəti müzakirə edib.

İki liderlə görüşündə Harris Qəzzadakı təcili humanitar böhrana toxunaraq, mülki əhalinin qorunmasının və beynəlxalq humanitar hüquqa hörmətin vacibliyini qeyd edib.

Hər iki görüşdə fələstinlilərin zorla köçkün edilməməsinin vacib olduğunu ifadə edən Harris, həm israillilərin, həm də fələstinlilərin bərabər miqdarda təhlükəsizlik, firavanlıq və azadlığa sahib olması lazım olduğunu bildirib.

Birləşmiş Ştatların BƏƏ xalqının təhlükəsizliyinə sadiqliyini və iki ölkənin müdafiə tərəfdaşlığının gücləndirilməsini təkrarlayan Harris regionda "dövlət və qeyri-dövlət aktorlarından gələn təhdidlərin qarşısının alınması" məsələsini də gündəmə gətirib.

Harris və Bəhreyn vəliəhd şahzadəsi Əl Xəlifə bölgəyə fasiləsiz humanitar yardımın çatdırılması fikrinə sadiq olduqlarını təkrarlayıb və ikitərəfli münasibətlərə toxunublar.

İki lider birbaşa və komandaları vasitəsilə sıx əlaqə saxlamağa söz veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu