“Şahdağ” Turizm Mərkəzindən “Heydər Əliyev İli”nə töhfə


2023-cü ilin “Heydər Əliyev İli” olmasını nəzərə alan “Şahdağ” Turizm Mərkəzi ilə töhfə olaraq bir sıra tədbirlər həyata keçirib.


Mərkəzdən verilən məlumata görə, ilk dəfə olaraq ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illyinə həsr edilən, müxtəlif yaş kateqoriyalarından olan böyüklər və uşaqlar arasında həvəskar dağ xizəyi yarışı keçirilib, qaliblər müxtəlif hədiyyələr və medallarla təltif olunub. Həmçinin Ümummilli liderin yubileyi münasibəti ilə flaşmob təşkil edilib.
Eyni zamanda “Şahdağ” tərəfindən həyata keçirilən sosial tədbirlərin davamı olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə turizm mərkəzinin bir qrup əməkdaşı tərəfindən dahi liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Yürüş iştirakçıları zirvəyə qalxaraq Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu