Aqil Ələsgər “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görülüb
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsində "Türk dünyası Mətbuat mükafatı"na layiq görülüb.
AFN.az-ın xəbərinə görə, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Mükafat Almaniyanın Neukirchen-Vluyn şəhərində keçirilən 3-cü "Avropa Türk Media Zirvəsi" zamanı təqdim edilib.
Qeyd edək ki, proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Mükafatlananlar arasında “Report” İnformasiya Agentliyi də var.