Naxçıvan mədəni tədbirlərin vətəni olacaq


"Yola saldığımız il Naxçıvan üçün bir çox yeniliklərlə yadda qaldı. Bunlardan biri də Naxçıvan şəhərində ilk dəfə təşkil edilən "Snow fest - qış festivalıdır".


AFN.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi "Ulu öndər Heydər Əliyevin izi ilə" adlı marşrutun təqdimatı ilə bağlı muxtar respublikaya səfər edən media nümayəndələri ilə görüşdə Naxçıvana təyin olunan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Fuad Nəcəfli tədbirin gələcək perspektivlərindən danışaraq qeyd edib ki, həm Naxçıvana gələn turist sayı ilə bağlı, həm buranın turizm imkanlarının tanıdılması baxımından bu festivalın böyük əhəmiyyəti var.
Prezidentin səlahiyyətli nümayəndəsi keçirilməsi nəzərdə tutulan festivallardan da söz açıb: "Qarşıdakı illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlər, turizm obyektləri, şoppinq mərkəzləri burada təşkil ediləcək müxtəlif festivallarda iştirak edə biləcək. Naxçıvan mədəni tədbirlərin vətəni olacaq. Klassik, caz və digər konsert festivalları da təşkil edəcəyik. Çünki bunun üçün potensialımız var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu