KİV: ABŞ kəşfiyyatı Çin ordusunda yüksək səviyyədə korrupsiya haqda xəbərdarlıq edib


Amerika kəşfiyyatı hesab edir ki, Çin hakimiyyəti korrupsiyaya görə orduda kadr dəyişikliyi həyata keçirib və bu, silahlı qüvvələrin modernləşdirilməsi səylərinə zərbə vurub.


Bu barədə "Bloomberg" öz mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, orduda korrupsiyanın miqyasına görə bəzi raketlərin yanacaq əvəzinə su ilə doldurulduğu iddia edilir. Agentliyin qeyd etdiyi kimi, bu məlumat orduya, xüsusən də raket qoşunlarına inamı sarsıdıb.

"Bloomberg"in məlumatına görə, son altı ayda ondan çox yüksək vəzifəli məmurun korrupsiyada əli olmas məlum olub. Korrupsiyanın bu səviyyəsinə görə, ABŞ kəşfiyyatınn fikrincə, Çin çətin ki, indi genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanını nəzərdən keçirsin.

Bununla belə, agentlik vurğulayır ki, bu qiymətləndirmələr müstəqil şəkildə yoxlanıla bilməz. Keçən il Amerika siyasətçiləri kəşfiyyat xidmətlərinin Çin prezidenti Si Cinpinin yaxın ətrafı haqqında məlumat verə bilməməsindən məyus olmuşdular.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu