Səbuhi Məmmədlinin vəziyyəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB


Tanınmış jurnalist, lent.az saytının əməkdaşı Səbuhi Məmmədlinin vəziyyəti kritikdir.


AFN.az xəbər verir ki, bu barədə jurnalist Səbinə Əvəzqızı paylaşım edib.

Qeyd edək ki, yanvarın ilk həftəsində səhhəti pisləşən jurnalist reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

TƏBİB onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunduğunu açıqlayıb. Bildirilib ki, xroniki böyrək çatışmazlığı, insulindən aslı olmayan şəkərli diabet xəstəliyi üzrə də S.Məmmədlinin müalicəsi davam etdirilir. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilirdi.

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl hər iki ətrafın amputasiyası əməliyyatı da icra olunub.

***

Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.


Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu