Azərbaycanda ilk dəfə xaricə damazlıq yumurta ixracı reallaşıb


Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentidən AFN.az-a verilən məlumata görə, Assosiasiyanın üzvü olan “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.
"Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycanda quşçuluq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin real nəticəsi olaraq son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır. Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq" - deyə Assosiasiyanın açıqlamasında qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu