İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət edib
![](/uploads/posts/2024-01/1705577137_ilham-eliyev.jpg)
Prezident İlham Əliyev Seneqalın dövlət başçısını Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Prezident İlham Əliyev dəvətini yanvarın 18-də Seneqal Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edərkən çatdırıb.