İngiltərə uşaqlar arasında elektron siqaretə maraq artır: yeni tədbirlər görülüb


Britaniya hökumətinin tütün və elektron siqaret məhsullarına qarşı başlatdığı mübarizə çərçivəsində bütün elektron siqaret satışına müxtəlif məhdudiyyətlərin qoyulması qərara alınıb.


İngiltərə Baş Nazirinin 10 nömrəli ofisindən verilən açıqlamada son üç ildə elektron siqaretdən istifadə edən uşaqların sayının üç dəfə artdığı, 11-15 yaş arası uşaqların yüzdə 9-unun elektron siqaretdən istifadə etdiyi bildirilib.

Açıqlamada son 2 ildə birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaş arası uşaqların sayının 9 dəfə artdığı vurğulanıb və elektron siqaretlərdəki qoxunun azaldılmasına qərar verildiyi bildirilib.

Açıqlamada, həmçinin uşaqlara tərkibində nikotin olan siqaret olmayan məhsulların satışının qadağan ediləcəyi də qeyd edilib.

Yalnız siqareti tərgitmək istəyən yetkinlərin elektron siqaretdən istifadə etməsinin təşviq edildiyi xatırladılıb və hər il 50 min ilə 70 min arasında insanın bu üsulla siqareti buraxdığı paylaşılıb.

Digər tərəfdən, açıqlamada zibil qutusuna atılan elektron siqaretlərin zibil maşınlarında və ya tullantı obyektlərində yanğınlara səbəb olduğu da vurğulanıb.

Açıqlamada, yeni tətbiq ilə ətraf mühitlə yanaşı xalq sağlamlığı üçün də tədbirlərin görüldüyü bildirilib.

Keçən il açıqlanan qərarlarla İngiltərə hökuməti 2009-cu ildən sonra doğulanların ömürləri boyu tütün və elektron siqaret məhsulları ala bilməməsi üçün hər il siqaret alma yaşının artırılması da daxil olmaqla bir sıra tədbirlər görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu