Fransada taksi sürücüləri sosial təminat qanununa etiraz ediblər


Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri fevralın 1-dən etibarən tətbiq olunacaq sosial təminat qanununun “tibbi məqsədlərlə daşınma” maddəsinə etiraz olaraq hərəkətə keçiblər.


Milli mətbuatda yer alan xəbərə görə, bu ay ölkədə rəsmi qəzetdə dərc olunan və fevralın 1-dən etibarən qüvvəyə minəcək qanunun maddəsində xəstələrin tibbi daşınma üçün nəqliyyat vasitələrini paylaşması, əks halda isə onların sosial təminatlarının kəsiləcəyi nəzərdə tutulur.

Taksi sürücüləri Bordo, Marsel, Nitsa və Lion şəhərlərində və Parisin də daxil olduğu İle-de-Frans bölgəsinin müxtəlif yerlərində nəqliyyatda sığorta ayırmaları ilə bağlı maddəyə etiraz olaraq aksiya keçiriblər.

Bordoda 500-800, Marseldə isə 800-dən çox taksi dairəvi yolda və hava limanlarına gedən əsas yollarda uzun növbələr yaradaraq qanunun müvafiq maddəsinə etiraz edib.

Hökumət bu proqramla nəqliyyat xərclərini və karbon təsirini azaltmağı hədəfləyir.

Dekabrın 4-də təsdiq edilmiş qanun psixiatrik hallar, yoluxucu xəstəlikləri olan insanlar və həkimin yalnız bir səfər tövsiyə etdiyi xəstələr üçün istisnalar yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu