“Böyük Dəbilqə”də daha bir cüdoçumuz qızıl medal qazandı
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.
Yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.
Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.
Millimizin digər üzvü Camal Qamzatxanov (+100 kq) qızıl mükafat uğrunda mübarizəyə qatılacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.