Katolik kilsəsində zorakılığa məruz qalan rahibələrdən Papaya müraciət
Katolik kilsəsində bir müddət xidmət etmiş məşhur bir keşiş tərəfindən cinsi və psixoloji təzyiqlərə məruz qalan qurban olmuş keçmiş rahibələr, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskdən onlara diqqət ayırmasını istəyib.
Papanın 2023-cü ilin oktyabrında "20-dən çox qadına təcavüz" iddiaları və şikayətləri səbəbiylə faylının yenidən araşdırılmasını əmr etdiyi Sloveniya Cizvit keşişi Marko Rupnik tərəfindən təcavüzə məruz qaldıqlarını ifadə edən keçmiş rahibələr Gloria Branciani və Mirjam Kovac , Romada mətbuat konfransı keçirib.
Keçmiş rahibələr gənc yaşlarında keşiş Rupnik tərəfindən cinsi və psixoloji təzyiqlərə məruz qaldıqlarını ətraflı izah edərkən, onlar kimi ümumilikdə 20 rahibənin təcavüz qurbanı olduğunu bildiriblər.
Keçmiş rahibələr katolik kilsəsinin rezin divarla əhatə olunduğunu və onun sökülməsi lazım olduğunu bildirərək, Papa Fransiski onlara diqqət ayırmasını istəyiblər.
Gloria Branciani Vatikanın onları susdurmağa çalışdığını ifadə edərək, "Bu gün hekayəmizi danışdıq. Arzumuz həqiqətin və yaşadığımız haqsızlıqların bilinməsidir, lakin onlar bizim susmamızı, yox olmamızı istəyirlər. Onlar bizi gözdən salırlar və bu artıq qəbuledilməzdir” vurğulayıblar.
Mətbuat konfransının təşkilatçılarından biri və ABŞ-da yerləşən “BishopAccountability” adlı internet saytının direktoru, təqib və zorakılıqda iştirak edən keşişlərlə mübarizə aparan Enn Barret Doyl da müstəqil araşdırma aparmağa çağırıb.
Keçmiş rahibələrin mətbuat konfransından sonra Vatikan Mətbuat Ofisindən verilən açıqlamada, Rupnikin dosyesinin Papa Fransiskin göstərişi ilə yenidən araşdırıldığı xatırladılıb və Vatikanın İnam Doktrinası Nazirliyinin bütün məlumatları əldə etmək üçün geniş araşdırmalarını davam etdirdiyi qeyd edilib.