"Binance"ın qurucusu 4 aylıq həbs cəzasına məhkum edildi


Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ın qurucusu və keçmiş CEO-su Cangpeng Zhao çirkli pulların yuyulmasında ittiham olunduğu iş üzrə 4 müddətə həbs cəzasına məhkum edilib.



Cangpeng Zhao çirkli pulların yuyulması ilə mübarizə qanunlarını pozmaq ittihamı ilə açılan iddia çərçivəsində ABŞ-ın Seattle Federal Məhkəməsində hakim qarşısına çıxıb. Prokurorların çəkindirmə üçün presedent yaratmaq məqsədilə 3 il həbs cəzası tələb etdiyi iclasda Zhaonun vəkilləri müvəkkilinin səhvini etiraf edərək, onun ABŞ-a könüllü olaraq gəldiyini və hüquqi orqanlarla əməkdaşlıq etdiyini xatırladıb və 5 ay müddətinə nəzarətdə qalmaqla azad edilməsini istəyib.

Məhkəmə Zhaonun 4 ay həbs cəzasına məhkum edilməsinə qərar verərkən, hakim Riçard Cons "Hüquqi qaydalara tam əməl olunmasını təmin etmək üçün lazımi imkanlarınız, maliyyəniz və işçi qüvvəniz olsa da, bunu bacarmadınız" deyib.

Qeyd edək ki, dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" ötən ilin noyabrında çirkli pulların yuyulmasına qarşı qanunları pozduğuna görə ABŞ-da 4,3 milyard dollar cərimələnib. "Binance"ın qurucusu Zhao istintaqda səlahiyyətlilərlə əməkdaşlığa razılıq verib və həmçinin baş direktor vəzifəsindən istefa verib. Zhao ayrıca 50 milyon dollar cərimə ödəməyə də razılaşıb.

Mənbə: İhlas Xəbər Agentliyi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu