Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cənazələri Təbrizə göndərilib
İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cənazələri Təbrizə göndərilib, fövqəladə hadisə yerində axtarış əməliyyatı başa çatıb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) rəhbəri Pir-Hüseyn Kulivənd məlumat verib.
Kulivand əlavə edib ki, İran prezidentinin helikopterinin axtarışları bütün gecə dumanlı və yağışlı havada fasiləsiz davam edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Şərqi Azərbaycan əyalətindəki sözçüsü bildirib ki, qəzada həlak olanlardan bir neçəsinin şəxsiyyətini müəyyənləşdirmək çətin olub.