Avstraliyada məişət zorakılığı ilə mübarizə çərçivəsində yüzlərlə insan saxlanılıb
Avstraliyanın Yeni Cənubi Uels əyalətində məişət zorakılığı ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatda 500-dən çox adam saxlanılıb.
"9 News" xəbər saytının məlumatına görə, Yeni Cənubi Uels polisi 15-18 may tarixləri arasında şiddətli hadisələrə qarşı "Amarok 6" əməliyyatı keçirildiyini açıqlayıb.
Açıqlamaya görə, əməliyyat zamanı məişət zorakılığı ilə bağlı axtarışda olan 554 şübhəli saxlanılıb.
Polis rəisi Yasmin Catley 2023-cü ildə əyalətdə 150 min məişət zorakılığı hadisəsinin qeydə alındığını söyləyib.
Avstraliyanın baş naziri Entoni Albanese ölkə daxilində qadınlara qarşı zorakılığa qarşı etirazlardan sonra məişət zorakılığını milli böhran kimi qiymətləndirib.