İspaniyada sahibsiz itlər probleminin həll yolu tapılıb
Hər il 200 mindən çox it və pişiyin küçələrdə qaldığı İspaniyada sığınacaqlar, nəzarət və sterilizasiya sayəsində küçələrdə sahibsiz itlər yoxdur.
İspaniyada fəaliyyət göstərən "Affinty Foundation" qeyri-hökumət təşkilatının məlumatlarına görə, hər il 200 mindən çox pişik və it sahibləri öldüyü və ya onlara baxa bilmədiyi üçün küçələrə atılır. Bu rəqəm 2023-cü ildə 280 minlə rekord həddə çatıb.
Son illərdə ölkə üzrə sığınacaqların sayı xeyli artaraq 500-ə yaxınlaşıb. Bu sığınacaqların təxminən 60 faizi özəl, qalanları isə dövlət tərəfindən maliyyələşdirilir.
Ümumiyyətlə kənd yerlərində yerləşən it sığınacaqları müvəqqəti olsa belə minimum xidmət göstərir.
Statistikaya görə, sığınacaqlara gələn pişik və itlərin təxminən 40 faizi övladlığa götürülür.
İspaniyada istifadə edilən əvvəlki üsulda evsiz itlər sığınacaqlara aparılarkən aqressiyaları davam edərsə, müəyyən müddətdən sonra yatırılırdı. Bu təcrübə 2023-cü ildə qəbul edilmiş qanunla qadağan edilib.
Yeni qanunla itlər yalnız insanların və ya heyvanların təhlükəsizliyi və ya ictimai sağlamlığı üçün təhlükə yarandıqda və ya onların əziyyət çəkdiyi sağalmaz xəstəlik olduqda səlahiyyətli baytarlar tərəfindən yatırıla bilər.
Bələdiyyələrə sığınacaqlar tikməyi öhdəsinə götürən və itləri bağsız gəzdirməyi qadağan edən yeni qanunla ölkədəki bütün ev heyvanları çiplənir, küçədən sığınacaqlara gətirilən it və pişiklər isə dərhal sterilizasiya edilir.