Maldiv adalarından İsrail qərarı - Ölkəyə giriş qadağan olunacaq

Maldiv hökuməti oktyabrın 7-dən Qəzzaya hücumlarını davam etdirən İsrailə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Hökumət İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etmək üçün qanuna dəyişiklik edəcək.
Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etməyə hazırlaşır.
Maldiv prezidentinin ofisindən verilən açıqlamaya görə, Nazirlər Şurası İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinin qarşısını almaq üçün qanunun dəyişdirilməsinə qərar verib.
Qanuna edilən dəyişikliklərə nəzarət etmək üçün alt komitənin yaradılması da nəzərdə tutulub.
Maldiv prezidenti Məhəmməd Muizzu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə ianə kampaniyası başlatmaq və bu məsələ ilə bağlı xüsusi nümayəndə təyin etmək qərarına gəlib.
Muizzu həmçinin Fələstinə dəstək məqsədilə “Maldivlər Fələstinlə Həmrəylik” adı altında ümummilli mitinq təşkil etməyə hazırlaşır.