"Təmiz Dünya" Qadınlara Yardım İB-nin daha bir layihəsi başlayır
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” adlı müsabiqənin qalibi olaraq fəaliyyətə başlayıb.
AFN.az xəbər verir ki, layihə çərçivəsində, təşkilat, məişət zorakılığından zərərçəkmiş qadın və uşaqların təhlükəsizliyi, onlara hüquqi, psixoloji, tibbi yardımlarla yanaşı, sosial iş xidmətlərini həyata keçirəcək.
Layihəmim əsas məqsədi, məişət zorakılığından zərərçəkmiş şəxslərin effektiv reabilitasiya və inteqrasiyasının həyata keçirməkdir.
Layihə 1 iyun və 30 dekabr 2024 cü il müddətində davam edəcəkdir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzi layihəsi üzrə İnsan hüquqları aylığı çərçivəsində 10 gün ərzində pulsuz hüquqi yardım təklif edir.
Müraciət edənlər 055314 3515, yaxud 0503260966 ilə əlaqə saxlaya bilərsiniz
Müraciət edənlər hər həftənin 6 cı günü 10.00 dan 18.00 qədər pulsuz hüquqi yardımdan bəhrələnə bilər.